Azərbaycanlı gənc Rusiyada QƏHRƏMAN oldu - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanlı gənc Rusiyada QƏHRƏMAN oldu - FOTO

Rusiyanın Nijnevartovski şəhərində 25 yaşlı Şəhriyar Axundov alovun bürüdüyü evin sakinini xilas edib.

Ötən gün axşamüstü şəhərin Divnı qəsəbəsində yanan evlərdən birində olan sakini yoldan keçən azərbaycanlı gənc bayıra çıxardıb.

“Hasarın üstündən adlayıb evə girdim, otaqları dolaşıb divanda köməksiz vəziyyətdə qalan bir kişini gördüm. Onu qucağıma alıb bayıra çıxartdım”, – deyə baş verəni nəql edən Şəhriyar əlavə edib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm