Hadisə
Xaçmazda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTO - (YENİLƏNDİ)
Xaçmazda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada qalıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda xəstəxanada 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərovun (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası) müalicəsi davam etdirilir.
***
02:55
Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri - 1993-cü il təvəllüdlü Arif Əmrəli oğlu Eyyubov, 1982-ci il təvəllüdlü Fərhad İmran oğlu Eyyubov, 1992-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Pirimov və 1993-cü il təvəllüdlü Sadıq Sarvan oğlu İskəndərovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan aldığımız məlumatda bildirilir ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 1962-ci il təvəllüdlü Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO