Narkotik bitkilər becərən İsmayıllı sakini saxlanıldı
Bizi izləyin

Hadisə

Narkotik bitkilər becərən İsmayıllı sakini saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən Vəng kənd sakini, 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a bildiriblər ki, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 6 kiloqrama yaxın 13 çətənə bitkisi aşkar edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm