Hadisə
Xaçmazda Bakı sakinini daşla vurub öldürdülər
Xaçmaz rayonunda Bakı şəhər sakini T.İbrahimovu qətlə yetirməkdə şübhəli bilinən Nabran qəsəbə sakini T.Mürsəlov saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 15-də Xaçmaz rayonunun Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...