Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Nizaməddin Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 22 ədəd bükülüdə ümumi çəkisi 15, 794 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı N. Tağıyev narkotik vasitəni özü əkdiyini və 3 büküm və ya 1, 941 qramını həmkəndlisi İlqar adlı şəxsə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm