Neftçalada 24 yaşlı gəncdən dəhşətli əməl
Bizi izləyin

Hadisə

Neftçalada 24 yaşlı gəncdən dəhşətli əməl

Neftçalada 24 yaşlı gənc intihar edib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Bala Surra kəndində baş verib. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm