Nazirlik 4 və 6 yaşlı uşaqların ölümü ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik 4 və 6 yaşlı uşaqların ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağsu və Tərtərdə azyaşlı piyadaların ölümü ilə nəticələnən yol qəzaları barədə məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də saat 13 radələrində Ağsu şəhəri ərazisində Şamaxı rayon sakini E.Hacıyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən Zərqava kənd sakini 4 yaşlı Nəzrin Məmmədovanı vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Oxşar hadisə avqustun 17-də saat 17 radələrində Tərtər rayonu ərazisində də baş verib. Şəhər sakini M.Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 6 yaşlı Pünhan Sadıqovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm