50 yaşlı kişi 80 yaşlı atasını öldürdü - Azərbaycandakı olayın səbəbi SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

50 yaşlı kişi 80 yaşlı atasını öldürdü - Azərbaycandakı olayın səbəbi SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK (YENİLƏNDİ)

Tovuz rayonunda baş verən qətlin səbəbi məlum olub.

Rayonun Aşağı Quşçu kəndində yaşayan 50 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 80 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiçlə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

***

22:06

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm