Millimizin keçmiş baş məşqçisi vəfat etdi
Bizi izləyin

Hadisə

Millimizin keçmiş baş məşqçisi vəfat etdi

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

Braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.

Braziliyada “Riu Qrande du Sul” klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb.

"Professor" ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm