FHN Qəbələdəki yanğınla bağlı məlumat yaydı - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN Qəbələdəki yanğınla bağlı məlumat yaydı - FOTO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

17:33

***

Qəbələ rayonunda yanğın başlayıb.

Publika.az xəbər verir ki, Qəbələ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm