• USD 1,7000 0,00% EUR 1,8799 0,00%
    • GBP 2,1349 0,00% RUB 0,0265 0,00%

Şamaxıda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Şamaxıda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Şamaxı rayonunun Meysəri kəndi ərazisində dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, hadisə nəticəsində 6 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən söndürülüb.

***

15:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə də quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Hazırda hər iki yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR