• USD 1,7000 0,00% EUR 1,8811 +0,47%
    • GBP 2,1227 +0,55% RUB 0,0264 -0,76%

Sumqayıtda şadlıq evində güclü yanğın: qonaqlar təxliyə edildi - FOTO/VİDEO (YENİLƏNDİ)

  • Hadisə
  • 24 Avqust 2019 23:28
  • 1 187 Baxış
Sumqayıtda şadlıq evində güclü yanğın: qonaqlar təxliyə edildi - FOTO/VİDEO (YENİLƏNDİ)

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

***

22:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

22:05

Sumqayıtda güclü yanğın başlayıb.

“Report”un məlumatına görə, "Nur" şadlıq evi yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat həyata keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR