Qubada dağlıq ərazidə meyiti qalan şəxslə bağlı YENİ FAKTLAR
Bizi izləyin

Hadisə

Qubada dağlıq ərazidə meyiti qalan şəxslə bağlı YENİ FAKTLAR

Quba rayonunun Tüləkəran kəndi yaxınlığında dağlıq ərazidə meyiti tapılan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, bir neçə gün itkin düşümüş şəxs kimi axtarışda olan 59 yaşlı Nəsirov Sahib Nəsrəddin oğlunun dağlıq ərazidə çıxdığı ağacdan yıxıldığı məlum olub.

Bildirilir ki, ağac kəsmək üçün çətin keçilən əraziyə yola düşən S.Nəsirov çıxdığı ağacdan yıxılıb. Ağır xəsarət alan kişi köməksiz vəziyyətdə qalıb və dərədə vəfat edib. Bir mneçə gündən sonra həmin ərazidə öldüyü müəyyənləşən kişinin meyitini çıxarmaq üçün FHN-in xilasedicilərinə müraciət edilib.

*****

09:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm