• USD 1,7000 0,00% EUR 1,8766 -0,24%
    • GBP 2,1213 -0,07% RUB 0,0264 0,00%

FHN meşə yanğınları barədə məlumat yaydı - HAZIRDA 3 RAYONDA...

FHN meşə yanğınları barədə məlumat yaydı - HAZIRDA 3 RAYONDA...

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfər şəxsi heyəti, 2 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 1 texnika, Şimal Regional Mərkəzinin 10 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində 16 hektar sahədə quru ot və kollar yanıb. Artıq yanğın söndürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dəniz səviyyəsindən 1900 metr hündürlükdə olan mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğına 1 amfibiya təyyarəsi, 3 helikopter, o cümlədən FHN-in müvafiq qüvvələri cəlb olunub.

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya Dəstəsinin Mülkü Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin ümumilikdə 235 nəfərlik şəxsi heyəti, 16 texnika, o cümlədən 1 yanğınsöndürən təyyarə və 1 helikopter cəlb olunub.

Ağsu rayonun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidə fəaliyyətdədir.

Hazırda yanğınların lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR