Hadisə
Qusarda mikroavtobus aşdı, xəsarət alanlar var
Qusar rayonunda yol qəzası baş verib.
Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini Xaləddin Murtuz oğlu Rzayevin idarə etdiyi "Ford-Transit" markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetməni itirərək yol kənarındakı gölməçəyə aşıb. Nəticədə üç nəfər - Sevil Tofiq qızı Mirzəyeva, Sənan Adil oğlu Nəsirov və Faiq Muxtar oğlu Məsumov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Mikroavtobus Dağıstan Respublikasının Mahaçqala şəhərinə gedirmiş, içərisindəkilərin də Bakı şəhər sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (Report).
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO