Polis icra başçısının oğlu ilə bağlı xəbəri təkzib etdi
Bizi izləyin

Hadisə

Polis icra başçısının oğlu ilə bağlı xəbəri təkzib etdi

Bakı şəhər Baş Polis İdarəsi Füzuli rayon İcra Hakimiyyəti başçısının oğlunun polis orqanlarında vəzifəyə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında deyib:

"Mətbuatda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai RPİ 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Həmin şöbəyə hər hansı təyinat olmayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm