Kürdəmirdə traktor yandı
Bizi izləyin

Hadisə

Kürdəmirdə traktor yandı

Kürdəmir rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Mollakənd kəndində "T-28" markalı traktorun qoşqusunun 2 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm