Bakı-Qazax yolunda dəhşətli hadisə - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda dəhşətli hadisə - ÖLƏN VAR

Bakı-Qazax magistral yolunun Yevlxadan keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax rayonunun Aşağı Qarxun kəndində “Chevrolet” markalı minik avtomobili ilə yük maşınının toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Orucov Qərib Abbas oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm