Ucarda faciəvi hadisə - ÖLƏN VAR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ucarda faciəvi hadisə - ÖLƏN VAR - YENİLƏNDİ

Ucarda bədbəxt hadisə nəticəsində ölən şəxsin meyiti tapılıb.

Publika.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1951-ci il təvəllüdlü Əliyev Oqtay Həmid oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

****

09:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ucar rayonunun Rəstəcə kəndində 1 nəfərin batması barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm