Kürdəmir bazarında yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Kürdəmir bazarında yanğın söndürüldü - YENİLƏNDİ

Kürdəmir rayonunda ümumi sahəsi 12350 m² olan Bazar MMC-nin ərazisində 800 m² sahədə 12 mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, 11550 m² ərazi və 170 mağaza yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

***

04:30

Kürdəmir rayonunda yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayon mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm