Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı
Bizi izləyin

Hadisə

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı

Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.

Bu barədə Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər.

Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.

Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm