Hadisə
Bakıda narkotik satan dilənçi saxlanıldı - FOTO
Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, onun üzərindən şəxsi axtarış aparılan zaman külli miqdarda təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq, özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib. X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq isdədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini də narkotik vasitə almağa xərclədiyini də qeyd edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı