Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi – AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi – AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - (YENİLƏNDİ)

Ötən gün saat 12 radələrində Qobustan şəhərində baş verən bıçaqlanma hadisəsinin təfərrüarları məlum olub.

Publika.az xəbər verir ki, Qobustan şəhər sakini 1963-cü il təvəllüdlü Qurbanov Famil Bəybala oğlu onun evində qonaq olan bacısı, 1966-cı il təvəllüdlü Məlahət Yadigarova ilə qardaşı, 1959-cu il təvəllüdlü Kamil Qurbanovu bıçaqlayıb.

M.Yadigarova döş qəfəsi və sağ bud nahiyəsi, Kamil Qurbanov isə qarın boşluğu və sol bud nahiyəsindən xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Yadigarova Bakı şəhəri Səbail rayonu, Kamil isə Qaradağ rayonunda yaşayır. Onlar atalarından qalan mülkü bölüşdürmək üçün rayona Familgilin evinə gediblər. Burada mülk məsələsi üstündə tərəflər arasında narazılıq yaranıb. Nəticədə F.Qurbanov bıçaqla bacı-qardaşına hücum edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Muxtar

****

08:15

Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təffərrüatları məlum olub.

Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

***

3 sentyabr 22:17

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm