Bakıda baş verən yanğında 3 nəfərə yardım göstərildi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda baş verən yanğında 3 nəfərə yardım göstərildi - YENİLƏNDİ

Səhiyyə Nazirliyi ötən gecə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, dünən gecə Səbail rayonu Nizami küçəsində baş verən yanğın zamanı hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb.

Qeyd olunub ki, təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə bir kişi və iki qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.

***

00:35

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, dörd nəfər yanğın zamanı tüstüdən zəhərlənib.

Yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

***

3 sentyabr 23:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm