Nazirlik 3 nəfərin öldüyü hadisələrlə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik 3 nəfərin öldüyü hadisələrlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 4-də saat 9 radələrində Qusar rayonunun Bədirqala kəndi ərazisində rayon sakini Z.Cəbrayılov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Nina Qurbanova ölüb.

Sentyabrın 4-də saat 18 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində kənd sakini N.İbrahimov idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən həmkəndlisi Əli Süleymanovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Oxşar hadisə dünən saat 21 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində də baş veruib. Şəhər sakini A.Rəhimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən Corat qəsəbə sakini Əziz Cahangirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bütün faktlarla bağlı raşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm