Bakıda sərnişin avtobusu 30 yaşlı qadını vurdu
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu 30 yaşlı qadını vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Yasamal rayonunda olub.

Belə ki, 30 yaşlı İsmayılova Şəlalə Mirkamal qızı yolu keçərkən onu avtobus vurub.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və gicgah nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm