FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan 4 sərnişini xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm