Hadisə
İsmayıllıda çəkisi 2 tondan artıq çətənə kolu becərən şəxs saxlanıldı - - FOTO
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini 26 yaşlı Vüqar Fətəliyev saxlanılıb.
Onun ətrafında davam etdirlən tədbirlərlə V.Fətəliyevin Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu aydın olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və 3 kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
V.Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Faktla bağlı V.Fətəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!