Ağstafada ağır qəza - Ölən var
Bizi izləyin

Hadisə

Ağstafada ağır qəza - Ölən var

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm