Şirvanda avtomobil mağazaya çırpıldı
Bizi izləyin

Hadisə

Şirvanda avtomobil mağazaya çırpıldı

Axşam saatlarında Şirvan şəhər 1 May küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sabirabad rayonunun 1976 ci-il təvəllüdlü Qaragüney kənd sakini Əliyev Əzizağa Əli oğlu "10-LM-826" dövlət qeydiyyat nişanlı “QAZ-31029" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yol kanarında magazaya çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm