Bakıda iki avtobus və bir minik avtomobili toqquşdu, 7 nəfər... - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda iki avtobus və bir minik avtomobili toqquşdu, 7 nəfər... - FOTO (YENİLƏNDİ)

Bakıda sərnişin avtobusları və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 7 sərnişin xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onlardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

***

19:01

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti-hava limanı avtomagistralında qeydə alınıb.

Qəza nəticəsində minik avtomobili, eləcə də, 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm