Qaxda 11 yaşlı qızı avtomobil vurdu
Bizi izləyin

Hadisə

Qaxda 11 yaşlı qızı avtomobil vurdu

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.

Qax sakini 25 yaşlı Yunis Şəkiliyev sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən 11 yaşlı Ləman Mirzəyevanı vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm