Sabirabadda iki yük maşını toqquşdu
Bizi izləyin

Hadisə

Sabirabadda iki yük maşını toqquşdu

Sabirabad rayonunda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Hacıqabul-Horadis magistral yolunun rayonun Şəhriyar kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində, 22 yaşlı İmişli rayon sakini Pəşili Orxan Əlifağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan Sabirabad Rayon Mərkzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm