Hadisə
Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO
Rusiya 17-22 sentyabr tarixlərində İstanbulda keçiriləcək TEKNOFEST aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş olunması üçün Su-35 qırıcısını Türkiyəyə göndərib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Baykar Texniki məsələlər üzrə direktor və Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Səlçuk Bayraktar İstanbula enən qırıcının fotosunu paylaşıb.
"Sürpriz qonaqlarımızdan biri gəldi", - o, rus qırıcısının Türkiyəyə gəlməsini şərh edib.
Xatırladaq ki, avqustun 27-də Moskvada keçirilən “MAKS-2019” aviasiya və kosmos sərgisinin açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə TEKNOFEST-ə Su-35 qırıcısının göndərilməsini təklif etmişdi. Qırıcını İstanbula göndərən Putin həmkarının təklifinə müsbət cavab verib.
Bu, Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsini həzm etməyən ABŞ başqa olmaqla, Qərbə növbəti sərt siqnal hesab oluna bilər. Ərdoğanın “MAKS-2019”-da olarkən Su-35 qırıcıları ilə yaxından tanış olması Qərb dairələrində müsbət qarşılanmamışdı. Su-35 qırıcısının Türkiyəyə gəlməsi həm də bu hərbi texnikanı əldə etmək istəyinin açıq ifadə olunması kimi qiymətləndirilir. Ankara dəfələrlə bəyan edib ki, ABŞ F-35 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə alternativlər axtarmalı olacaq. Su-35 isə F-35 qırıcısına ən real alternativ hesab olunur.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO