Buzovnada piyadanı vuran sürücü saxlanıldı
Bizi izləyin

Hadisə

Buzovnada piyadanı vuran sürücü saxlanıldı

Buzovnada piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm