Bakıda ağır qəza - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - Xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən Bakı Əyləncə Mərkəzinin yanında baş verib.

Sürücü, 1986-ci il təvəllüdlü İsmayılov Elvin İsmayıl oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı səkiyə çırpıb.

O, ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya baş nahiyəsinin və burnun yumuşaq toxumasının əziyi diaqnozu qoyulub. Elvin İsmayılov aidiyyatı üzrə həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm