Hadisə
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis AÇIQLADI
Oğru daxil olmaq istədiyi obyekti seçərkən əvvəlcə yolunu kəsən maneələri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq ünvanı mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillər, gəliş-gedişi az olan obyektlərdir.
Bu barədə mətbuata açıqlama verən Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Publika.az-a bildirib ki, ünvan seçilərkən oğru əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi – həyəcan çağırışı olmasın:
“Əgər əvvəllər evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük "təhlükə", polisin təşkil etdiyi mühafizə sistemidir”.
E.Hacıyev diqqətə çatdırıb ki, bir vaxtlar mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı informasiya elektromaqnit dalğaları ilə ötürülür:
“Hətta sistem o qədər təkmil təchiz olunub ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan adam artıq polisin gəlməyəcəyini zənn edir. Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir”.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO