DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Novxanıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şəmsi Talıbovun idarə etdiyi “Mercedes” və qarşıdan gələn N.Məmmədovanın idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub, sonuncu avtomobil Tərtər rayon sakini R.Həsənovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinənovx çırpılıb. Nəticədə Ş.Talıbov hadisə yerində, sərnişini olan Bərdə rayon sakini Vüsal Əmirov xəstəxanaya aparılarkən yolda ölüb.

N.Məmmədova və 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm