Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR - FOTO

Bərdə rayonunda yol qəzası baş verib.

Hadisə Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən təcili yardım maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm