Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı

Bakıda keçmiş məhkum bıçaqlanıb.

Publika.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Neftçi" kafesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Seymur Elbrus oğlu tanışı Maqa ləqəbli şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm