Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü
Bizi izləyin

Hadisə

Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Lənkəran Boradigah yolunda baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Rauf İdris oğlu idarə etdiyi "Mercedes" markalı 07 BX 184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Lənkəran şəhər sakini 1952-ci il təvəllüdlü Babayev Şəmsəddin Riyahi oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Ş.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm