• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Azərbaycanda QORXUNC HADİSƏ - Sığorta şirkətinin işçisi diri-diri yanaraq öldü - YENİLƏNDİ

  • Hadisə
  • 19 Sentyabr 2019 17:15
  • 3 405 Baxış
Azərbaycanda QORXUNC HADİSƏ - Sığorta şirkətinin işçisi diri-diri yanaraq öldü - YENİLƏNDİ

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.

Sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.

O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.(Report)

*****

16:32

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

İki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.

"Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb. Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb. Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənlişdirilib. Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR