Nazirlik 2 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik 2 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Sumqayıt ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisədən sonra avtomobillər yanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm