Vurğun Əyyubun ölüm xəbəri yalan çıxdı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Vurğun Əyyubun ölüm xəbəri yalan çıxdı - YENİLƏNDİ

Hazırda Vurğun bəyin həkimi Adil Qeybulla ilə danışdım. Vurğun bəy sağdır, vəziyyəti isə ağırdır.

Axar.az xəbər verir ki, bu sözləri Ellada Məmmədli Vurğun Əyyubun ölümü ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara cavab olaraq qeyd edib. O, hamını qeyri-səhih məlumat yaymamağa çağırıb:

“Nəzərə alın ki, həmin statusları Vurğun bəyin ailə üzvləri oxuyur və çox həyəcanlanırlar...”

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti bir müddət əvvəl ağırlaşıb.

Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub da onun komaya düşməsi və dünyasını dəyişməsi xəbərini təkzib edib.

***

00:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun dünyasını dəyişməsi barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, Feysbuk istifadəçiləri elə bu saatlarda V.Əyyubun vəfat etdiyini bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm