Kürdəmirdə kütləvi dava: xəsarət alanlar var - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kürdəmirdə kütləvi dava: xəsarət alanlar var - FOTO/VİDEO (YENİLƏNDİ)

Video əlavə olunub.

***

20:34

Kürdəmir rayonunda kütləvi dava olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Ramiz Mübariz oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Elxan İlham oğlu "QAZel" markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən onların qarşısını həmkəndliləri - Həsənov İntizam, Həsənov Elşən, Həsənov Sahil, Həsənov Elbrus kəsiblər.

Aralarında yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib. Nəticədə Ramiz və Elxan Hüseynovlar küt alətlərlə ağır bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, hadisə nəticəsində Hüseynov Ramizə məxsus "QAZel" markalı yük maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm