Vəkili Fədayə Laçınla bağlı hər şeyi açdı: Hətta Bin Laden də olsaydı... - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Vəkili Fədayə Laçınla bağlı hər şeyi açdı: Hətta Bin Laden də olsaydı... - FOTO (YENİLƏNDİ)

Türkel Süleymanlı deyib ki, Fədayə Laçın Hepatit C xəstəliyinin daşıyıcısıdır. Hazırda onun vəziyyəri ortadır, amma hər an vəziyyəti ağırlaşa bilər.

"Əgər onun vəziyyəti ağırlaşsa, daha da pisləşsə, nə cavab verəcəklər? Hamı bilir ki apelyasiya prosesi zamanı dustaqlar təcridxanada saxlanılır. Təcridxananın şəraiti həbsxana ilə eynidi. Əgər cəzası açıqlansaydı, cəzaçəkmə müəssisəsində daha sərbsət şəraitdə olardı, hava ala bilərdi. Amma çox qəribə bir halda apelyasiya prosesi 6 aydır gözlədilir".

Vəkil əlavə edib ki, Fədayə Laçın və onunla birlikdə mühakimə edilən şəxslərə qarşı bu qədər sərt münasibətin olması baş vermiş məlum hadisələrlə bağlı cəmiyyətə bir görk göstərməkdir: "Jurnalistlər vasitəsilə Ədliyyə naziri Fikrət Məmmədova müraciət edirəm. Bu proses heç kimə məlum olmayan səbəblərdən uzadılır və məhkəmə ədalətini şübhə altına alınır. Fədayə çətin həyat yolu keçib. Onunla görüşəndə də narazılığını bildirir. Bir daha xahiş edirəm nə qərar veriləcəksə, artıq açıqlansın".

***

Fədayə Laçının da mühakimə edildiyi məhkəmə prosesinin niyə bu qədər uzadılmasını başa düşə bilmirik.

Publika.az xəbər verir ki, bu sözləri 6 saylı Vəkil Bürosunun üzvü, tanınmış müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesinin Bakı Apelyasiya Məhkəməsində 12 iclas təxirə salınması anlaşılan deyil: "Bizim cənab Prezidentə, birinci xanıma da müraciətimiz hazırdır. Lakin bunun üçün məhkəmənin yekun qərarını gözləmək lazımdır. Amma çox maraqlıdır ki, bu proses uzadılır. Mən vəkillik karyeramda ilk dəfədir ki, prosesin bu qədər təxirə salındığını görürəm. Məhkəmə iclaslarının bu qədər təxirə salınmasının səbəbi də məlum deyil, bizə heç nə demirlər. Hər dəfə bizə sms gəlir və məhkəməyə yola düşürük, amma qapıda məlum olur ki, iclas başlamadan təxirə salınıb. Birinci instansiya məhkəməsində də dedim ki, Fədayə xanımın ittiham edildiyi maddə 2 ildən 6 ilədək cəza nəzərdə tuturdu. Məhkəmə 5 il cəza təyin edərək guya ədalətə nail oldu. Əgər orda Fədayə xanımın yerinə Bin Laden də olsaydı ona 6 ildən artıq cəza təyin etmək olmayacaqdı. Çox təəssüf ki, məhkəmə Fədayə xanımla bağlı heç bir yüngülləşdirici halı - onun xidmətlərini, tanınmış şəxslərin müraciətlərini nəzərə almadı. Biz gözlədik ki, məhkəmə prosesi ədalətli istiqamətə yönələr. Amma sonradan görürük ki, ədalətli yanaşılmır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm