İctimai Televiziyanın binasında yanğın: zəhərlənən şəxslərin adları məlum oldu - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İctimai Televiziyanın binasında yanğın: zəhərlənən şəxslərin adları məlum oldu - FOTO (YENİLƏNDİ)

İctimai Televiziya və Radio Yayımları Şirkəti yanğınla bağlı rəsmi məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumata əsasən sentyabrın 27-də gecə saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

"İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb", - məlumatda qeyd olunub.

Yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən “Report”a verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib.

Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.

***

01:35

Fövqəladə Hallar Nazirliyi (FHN) İctimai Televiziyanın binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğınla bağlı saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib.

İki nəfər həkimlərə müraciət edib. Onlardan birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

***

01:16

Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.

Genişlənən yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilir.

Hazırda ərazidə yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşını cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm