Hadisə
Bakıda müğənni polisləri təhqir etdi, həbs olundu
Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar - Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb edib.
Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən Xəyal Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib. Özünü “Şeron” qrupunun keçmiş üzvü kimi təqdim edən sürücü tanınmış şəxs olduğunu bildirərək yol polislərinə “ona heç nə edə bilməyəcəklərini” deyib.
Ardınca YPX əməkdaşlarını təhqir edən Xəyal Qasımzadə səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən sürücü yol polisinə hücum edərək əl-qol hərəkətləri edib.
Lakin YPX əməkdaşları əraziyə Post-patrul xidmətinin əməkdaşlarını dəvət edərək, sürücünü 25-ci Polis Bölməsinə təhvil veriblər.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Polisə tabesizlik göstərən, ictimai asayişi pozan sürücü Xəyal Qasımzadə barəsində məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO