Cəlilabadda dəhşətli hadisədə ölən və yaralananların adları açıqlandı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Cəlilabadda dəhşətli hadisədə ölən və yaralananların adları açıqlandı - YENİLƏNDİ

Cəlilabad rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Yaralılar- Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Dadaşov Şikar Əli oğlu, sərnişinlər, 1961-ci il təvəllüdlü Dadaşova Xatirə Əyyub qızı, 1984-cü il təvəllüdlü Dadaşova Xəyalə Şikar qızı və 2006-cı il təvəllüdlü Əlibəyli Elmin Emin oğludur. Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Masallı rayon sakini, Əlibəyli Emin İntiqam oğlu isə dünyasını dəyişib. Sürücünün vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Masallı rayonundan Cəlilabad rayonunda Dələli kəndindəki ziyarətgaha gedən qohumların olduğu "Mercedes" markalı minik avtomobili sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

10:36

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm