• USD 1,7000 0,00% EUR 1,8550 +0,39%
    • GBP 2,1982 -0,46% RUB 0,0259 -0,39%

Bakıda 11 yaşlı qızın diri-diri yanaraq ölməsi barədə YENİ FAKTLAR

  • Hadisə
  • 29 Sentyabr 2019 13:54
  • 1 062 Baxış
Bakıda 11 yaşlı qızın diri-diri yanaraq ölməsi barədə YENİ FAKTLAR

Ötən gecə Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsinin Keyrəki vulkanının yaxınlığındakı hissəsində - yeni tikilmiş 30 kvadrat metrlik evdə baş verib. Hələlik dəqiqləşməyən səbəbdən evi ani olaraq alov bürüyüb. Ailə üzvləri tez qaçaraq mənzili tərk etsə də, 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızı çölə çıxa bilməyib. Ətrafdakı şəxslər su tökərək yanğını söndürməyə cəhd etsə də, nəticəsi olmayıb və taxta-plastik materiallardan tikilən ev qısa müddətdə yanıb. Ev sahibinin 11 yaşlı qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Fakta bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR